Əliyevlə hansı məsələləri müzakirə etdiyimizi eşitsəydiniz… – Lukaşenko

Əliyevlə hansı məsələləri müzakirə etdiyimizi eşitsəydiniz… – Lukaşenko
Belarusla Azərbaycan arasında münasibətlərdə qapalı mövzular yoxdur, tərəflər dünyanın hara hərəkət etdiyini başa düşürlər.
Miq.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə danışıqlar zamanı deyib.

"Bizim qapalı mövzularımız yoxdur, hər şey açıqdır. Əgər kimsə bizim hansı məsələləri müzakirə etdiyimizi eşitsəydi, düşünərdi: bizim münasibətlərimiz necədir? Ən mehriban, ən yaxın. Biz qardaş kimi ünsiyyət qururuq, dünyanın hara hərəkət etdiyini bir başa düşürük. Mən təkbətək görüşümüzdə sizə Heydər Əliyev haqqında dedim: əgər o Azərbaycanın necə inkişaf etdiyini görsəydi…”, – o bildirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az