Elman Rüstəmov ipoteka ilə bağlı yeni qaydaları açıqladı

Elman Rüstəmov ipoteka ilə bağlı yeni qaydaları açıqladı

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri yeni ipoteka strategiyasının bəzi detallarını açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, Milli Məclisdə Azərbaycanın 2015-ci il üçün büdcə zərfinin plenar müzakirəsində Azərbaycan Mərkəzi Bankının İdarə heyətinin sədri Elman Rüstəmov deyib ki, yeni ipoteka strategiyasında üç prinsip əsas götürülüb.

“Bunlardan birincisi, güzəştli ipotekanın dövlətin himayəsində qalması və bu vəsaitin gələcəkdə optimallaşdırılmasıdır. İkinci əsas prinsip isə kommersiya kreditləşməsinin daha da liberallaşdırılması və bu işin bankların üzərinə qoyulması, banklar üçün yeni təklif kanalları, yeni uzunmüddətli vəsait kanallarının yaradılmasıdır. Bu isə maliyyə bazarlarının digər seqmentlərinin, xüsusilə də, pensiya fondlarının, sığorta fondlarının vasitəsilə baş verir. Digər tərəfdən isə, Alman modeli deyilən ipotekanı irəli sürürük. Bu ipoteka əhalinin öz yığımları hesabına baş verir. Bu modelə görə xüsusi bir təsisat yaradılır. Əhali müəyyən məbləğə qədər bu vəsaiti toplayır. Nəzərdə tutulan məbləğ formalaşandan sonra əhali həmin bankdan ipoteka krediti əldə edə bilir. Hesab edirəm ki, bu model Azərbaycanda çox yararlı ola bilər”, - E. Rüstəmov vurğulayıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az