Elmar Vəliyev başına iş açdı - Əmək yarmarkasında etirazlar VİDEO

Elmar Vəliyev başına iş açdı - Əmək yarmarkasında etirazlar VİDEO

Gəncə sakinləri əmək yarmarkasında etiraz etdilər

Fevralın 5-də Gəncə şəhərində  İcra Hakimiyyəti başçısı Elmar Vəliyevin təşəbbüsü ilə əmək yarmarkası təşkil olunub.

Tədbir Yeni Azərbaycan Partiyasının binası yaxınlığında baş tutub.  

Gəncə şəhər sakinlərinin Meydan TV-yə verdiyi məlumata görə,  tədbirə 2 minə qədər insan toplaşıb. Təklif olunan iş yerlərinin isə hamısı formal xarakter daşıyıb. İçəri girən şəxslər yarmarkada fəhlə, diplomsuz şəxslər üçün iş yerlərinin olmadığını deyiblər. Nəticədə bu hadisə insanlar arasında narazılığa səbəb olub. Şəhər sakinləri müxtəlif şüarlar səsləndirərək, etirazlarını bildiriblər. 

Sakinlərin sözlərinə görə, yarmarkada olan Elmar Vəliyev dərhal ərazidən uzaqlaşdırılıb. Hadisə yerinə polis qüvvələri gəlib.  Onlar etirazçları həbs etmək istəyərkən müqavimətlə üzləşiblər. Sakinlər saxlanılan şəxsləri polislərin əlindən almağa cəhd etsələr də, mümkün olmayıb. Şəhər sakinlərinin bir neçəsi həbs edilərək bölməyə aparılıb. 

Son məlumata görə, insanlar hələ də YAP-ın binası önündədirlər.
 [video=http:// ]



Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az