"O, yaxşı qumarbaz olub, görünür axşam olanda köhnə xasiyyətləri yadına düşür".
Bu sözləri Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun iş saatı bitdikdən sonra rayonu tərk edərək anadan olduğu Yevlax şəhərinə, ya da Gəncəyə üz tutması xəbəri ilə bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bir neçə gün öncə Ölkə.Az-a açıqlamasında bildirmişdi:
"Bu çox ciddi məsələdir. İcra başçısı xalq üçün təyin edilir, o xalqın yanında olmalıdır. Tərtər strateji əhəmiyyətli bir rayondur. Tərtər ermənilərin hücumuna məruz qalan bir rayondur. Görünür Tərtər rayonun icra başçısı "mamauşağıdır", qorxağın biridir. Əgər o qorxub qaçıb Yevlaxda, Mingəçevirdə qalırsa demək ki, o, yerində olmayan bir kadrdır. Bu gün Azərbaycanda rayon icra başçılarının əksəriyyəti elədir. Hərəsinin bir yerdə malikanəsi var. Eyş-işrətlə məşğul olmaq üçün başqa yerləri var. Onlar hər axşam saunada, barlarda dincəlirlər. Ona görə də, o, Mingəçevirə qaçır.
O adamın o rayona rəhbərlik etməsinin heç bir mənası yoxdur. Bu məmurlar hər şeyin həddini keçiblər. Onlar dövlətçilik üçün yox, cibləri üçün işləyirlər. Bu fakta prezident administrasiyasından ciddi münasibət bildirilməlidir. Onun o rayona icra başçısı təyin olunmasında kimin rolu olub yaxşı bilirəm. O, Yevlax rayonunun keçmiş icra başçısının dostlarından biridir. O, yaxşı qumarbaz olub, görünür axşam olanda köhnə xasiyyətləri yadına düşür. Ona görə də, Yevlaxa, Mingəçevirə gedir".
Hafiz Hacıyevin "O, Yevlax rayonunun keçmiş icra
başçısının dostlarından biridir" deməklə çox güman ki, hal -hazırda Gəncə şəhərinin
icra başçısı Elmar Vəliyevi nəzərdə tutması şübhəsizdir. Çünki Tərtər rayon
icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov 2006-2012-ci illərdə Yevlax Şəhər
İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini, 2012-2014-cü illərdə isə Yevlax Şəhər İcra
Hakimiyyəti başçısının müavini işləyib. Elmar Vəliyev də məhz 2004-2011-ci illərdə
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Bu gün iş günü olmadığından, Hafiz müəllimin istirahətini nəzərə alib, onun rəyini bir daha təkrar soruşmağı lüzum bilmədik...Mövzunu bir daha araşdıracağıq...
Xatırladaq ki, Elmar Vəliyev Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2011-ci il tarixli sərəncamına əsasən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov isə hazırki vəzifəsinə prezident İlham Əliyevin 7 may 2014-cü il tarixli sərəncamı ilə təyin edilib.
Miq.az