Tərtərin icra başçısıyla deputat arasında pul davası

Tərtərin icra başçısıyla deputat arasında pul davası
 
 
Tərtərin icra başçısı Müstəqim Məmmədov əmisi oğlundan seçkiyə xərclədiyi pulları geri istəyir 

Tərtərin icra başçısı Müstəqim Məmmədovla deputat İlham Məmmədov arasında pul davası gedir. Bu barədə JAM.AZ-a rayondakı mənbələr məlumat veriblər. 

Məlumata görə, icra başçısı ilə deputat arasındakı pul «razborka»sının tarixi son parlament seçkiləri dövrünə gedib çıxır. Belə ki, 48 saylı Yevlax şəhər Seçki Dairəsindən deputat seçilmiş İlham Məmmədovun bütün seçki kampaniyasının xərcini Müstəqim Məmmədov çəkibmiş. 

Verilən məlumatda deyilir ki, Tərtərin icra başçısı əmisi oğlu olan deputatdan seçkiyə xərclədiyi pulları geri istəyir. Əmioğlu isə həmin pulu verməkdən imtina edir. Və mübahisə də bu zəmində xeyli böyüyüb. İddialara görə, seçkiyə xərclənən pulun məbləği təqribən 250 min manata yaxındır. 

Yazıda adları keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az