Elşad Abdullayev qardaşına Milli Qəhrəman adı almaq istəyib - İddia

Elşad Abdullayev qardaşına  Milli Qəhrəman adı almaq istəyib - İddia

Son günlər ölkənin siyasi həyatını yaydığı vieolarla iflic hala salan fəaliyyəti dayandırılan ABU-nin rektoru, millət vəkili olmaq üçün xalqın səsinə deyil. mandat üçün rüşvətə əl ataraq 500 min dollar rüşvət verən, hüquqşünas Elşad Abdullayevlə bağlı maraqlı bir idda ortaya çıxıb.

İddalara görə, Elşad Abdullayev 1995-ci ildə Kürdəmir rayon ərazisində  avtomobil qəzasında həlak olan qardaşına Milli Qəhraman adı almaq istəyib. İddalara görə. yol qəzasında həlak olan E.Abdullayevin qardaşı nəməlum şəxslər tərəfindən Kürdəmir Rayon Hərbi Komisarlığının həyətinə gətirilib və onu gətirənlər mümmalı şəkildə aradan çıxıblar. Bundan sonra Elşad Abdullayev o dövürdə Kürdəmir Rayon Hərbi Komisarı olan Novruzəli Orucova (Qeyd edək ki, hazırda  general-mayor Novruzəli Orucov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini vəzifəsin daşıyır.) qardaşına milli qəhraman adının verilməsi üçün sənət verməsini istəyib və bununla bağlı HK-atəyziqlər etdirib.Amma iddalara görə, N.Orucov belə bir saxta işə əl qoymayacağını bildirib və Müdafiə nazirliyi səviyəsində E.Abdullayevin bu istəyinin gerçəkləşməsinə mane olub. İddalara görə, hətta bu məsələ açılanda bir çoxları EşAbdullayevdən qardaşının nə vaxt döyüşə getdiyin belə soruşublar və hirisli şəkildə "O üç aydı döyüşürdü"-deyə cavab verib.

Bu iddaların nə qədər həqiqət olub-olmadığını deyə bilməsək də, iddanın məhz Elşad Abdullayevlə bağlı olduğun diqqətə alaraq oxucularımıza çatdırmaq istədik.

Redaksiya olaraq, E.Abdullayevin və adı bu iddalarda hallanan cənab general-mayor N.Orucovunda mövqein dərc etməyə hazırıq.

"Vətəninfo.az"



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az