Elşən - Röyanı çox istəyirəm, o da məni, amma...
Vətəninfo.az Show.az-a istinadla aktyor Elşən Orucovun müsahibəsini təqdim edir:
-Elşən sənə ən əsas sualları verəcəm. Səni yormayacam (gülür)
Elşən: "Böyüyəndə nə olmaq istəyirsən?", hə? (gülür)
- Yox (gülür). Fəlakət obrazından sonra, hansısa tam fərqli obraz canlandırmaq sənə çətin olmazki? Ümumiyyətlə planda var?
Elşən: Var? Amma yaxşı təklif gözləyirəm. Dostlar arasında söhbət olur. Amma hələ bir konkret təklif olmayıb.
- Ciddi rol oynamaq istəyərsən, yoxsa hələ komediya janrından kənarlaşmaq istəmirsən?
Elşən: Əslində komediya janrını çox sevirəm. Amma aktyor hər janrda oynamağı bacarmalıdır.
-Elşənin Fəlakətdən qazandığı qonorar qane edir?
Elşən: Mən bunu tam səmimi deyəcəm. Elşən Fəlakətdən istifadə edib pul qazanmayıb. Nəyinki mən, bizim "Bozabash pictures" olaraq yaratdığımız obrazlardan pul qazanmamaşıq. Biz nə toy məclislərinə, nə şənliklərə, nə də ad günlərinə gedirik.
- Şou-biznes əhli şou ilə yetinmir, həm də biznes qurmağa, bizneslə məşğul olmağa çalışırlar. Elşən necə bizneslə məşğul olur? Sənin biznesin var, ya qurmaq planında var?
Elşən: Deyirlər biznesim var. Mən də eşitmişəm (gülür). Deyirlər şəhərdə marketlərim var, mağazalar, kafelərim var. Eşitmişəm şokalatlarım, tumlarım var. Mən də eşidirəm (gülür). Gərək öyrənim, bəlkə həqiqətən varımdı, amma xəbərim yoxdur.
- Röya ilə münasibətin çox müzakirə olundu. Hətta bizim saytda da açıqlama verdin, amma heç kim inanmadı. Son olaraq bu münasibət haqda nə deyə bilərsən?
Elşən: Bir ara bu söhbətlə üstümüzə çox gəlindi. Amma yenədə deyirəm, biz Röya xanımla dostuq. Röyanı mən çox istəyirəm. Röya da məni çox istəyir. Bunun başqa tərəfə yozulmağı biraz məni narahat etdi. İstəmirəm insanların fikirləri ilə oynamaq.
-Elşən qız fanatlarını üzüb, haçan evlənəcək? (gülür)
Elşən: Elşən qız fanatlarını hələki üzmək istəmir (gülür)