Əməkdaşımız zövqünü “Özünə bax”da sınadı

Əməkdaşımız zövqünü “Özünə bax”da sınadı

Vətəninfo.az-ın müxbiri Araz Hacıyev zövqünü zövqlü xanım və bəylərin yarışması olan “Özünə bax”da sınadı. Həm interyer-dizayner, həm də jurnalist kimi fəaliyyət göstərən sevimlimiz, “Xeyirxahlıq carçısı” mükafatı laureatı olan Araz efirə gedən müsabiqənin 1-ci seçim turundan sonra təəssüratlarını bizimlə bölüşdü: ““Özünə bax” bir zövq, dəb müsabiqəsidir.

Bu ildən bəylər də öz zövqlərini sınamaq üçün müsabiqəyə qatılmaq şansı əldə etdilər. Mən də öz zövq və dəbimi sınamaq üçün müsabiqəyə qatıldım. Sevimli müğənnimiz, gözəl xanım, dəyərli ana, biznes-ledi Ruhi xanım Əliyeva başda olmaqla münsiflər heyətinin qarşısına çıxanda çox həyəcanlandım. Ruhi xanım, Şəhriyar bəy həyəcandan qurtulmaq üçün mənə böyük dəstək oldular. Pencək və kəmərimi bəyənməyən münsiflər heyəti mənə növbəti turda zövqümü sınamağa şans verdilər və hər üç münsif mənə “hə” dedi. Münsiflər heyətinin iştirakçılara isti münasibəti, verilişin yaradıcı qrupunun səmimiyyəti, aparıcı Rüfətin ünsiyyət mədəniyyəti, ən əsası Ruhi xanım Əliyevanın hər bir iştirakçıya xüsusi diqqəti bizi daha məsuliyyətli, daha zövqlü olmağa ruhlandırır. Növbəti turda çalışacağam ki, birinci turda mənə edilən iradları aradan qaldırım. Ruhi xanımın, Jalə xanımın və Şəhriyar bəyin etimadını doğruldum.

İkinci turda kovboy stilində geyimimlə həm münsiflər heyətinin, həm də tamaşaçıların qarşısına çıxacam. “Özünə bax” böyük bir zövq məktəbidir. Çox sevinirəm ki, zövqümün daha da formalaşmasında bu veriliş mənə yardımçı olacaq. Fürsətdən istifadə edib verilişin layihə rəhbəri Ruhi Əliyevaya və yaradıcı qrupa təşəkkürümü bildirirəm”. Biz də əməkdaşımıza növbəti turlarda uğurlar arzulayırıq. Qısa bir zamanda oxucu sevgisi qazanan əməkdaşımız Araz Hacıyev inanırıq ki, zövqlü tamaşaçıların da rəğbətini qazanacaq.

Alim Nəbioğlu

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az