Əmi qardaşı qızını və nəvəsini bıçaqladı

Əmi qardaşı qızını və nəvəsini bıçaqladı

Gəncə şəhərində əmi qardaşının qızını və nəvəsini bıçaqlayıb.

"Kəpəz" TV ("Region" TV) xəbər verir ki, hadisə bu gün günorta saatlarında qeydə alınıb. Gəncə şəhər sakinləri - 38 yaşlı Elnarə Xarafruz və onun 17 yaşlı qızı Səkinə Xarafruz birincinin əmisi tərəfindən bıçaqlanıb. Yaralılar dərhal Gəncə şəhər TTYX-yə çatdırılıb. Bədənin müxtəlif nahiyələrindən bıçaq yarası alan yaralıların vəziyyəti orta qiymətləndirilir.

Hadisənin hansı zəmində baş verməsi aparılan araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi açılıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az