Ərdoğan ABŞ-a etiraz etdi-"Bəs deyirdiniz..."
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da Ramazan ayı ilə bağlı tədbirlərin təxirə salınmasına etirazını bildirib.
Ərdoğan bu addımın dini ayrı-seçkilikdən qaynaqlandığını söyləyib.
"ABŞ-da bu günə qədər bir ənənə var idi. Hər Ramazanda müsəlman səfirlərə iftar verilirdi. Təəssüf ki, bu il iftar mərasimləri ləğv edildi. Bəs deyirdiniz bizdə ayrı-seçkilik yoxdur, dini azadlığa qarşı deyilsiniz? Bu elədiyiniz nədir? İndi bizim də Amerikaya qarşı mövqeyimiz dəyişəcək. Biz gördüyümüzə qiymət veririk, sözə yox”,- deyə Ərdoğan vurğulayıb.(azvision.az)
Miq.Az