Ərdoğan: “ABŞ-dan zəng etdilər ki, kömək edin”

Ərdoğan: “ABŞ-dan zəng etdilər ki, kömək edin”

Dabık bizim tariximizdə çox önəmli yer tutur. İndi Əl-Baba doğru irəiləyirik.
 
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada aparılan hərbi əməliyyatlara münasibət bildirərkən deyib.
 
"Əl-Babı da azad edəcəyik. Biz koalisiya qüvvələrinə bunu dedik: orada əhalinin 95 faizi ərəblərdir. Orada PYD və YPG-nin nəzarəti olmamalıdır. Dünən ABŞ-dan zəng etdilər ki, kömək edin. Biz bunu əvvəldən demişik axı. Çünki biz buranı yaxşı tanıyırıq. "Rakkada nə edək?” dedilər, "gəlin birlikdə edək”, dedik. İndi də Rakkanın azad edilməsi barədə danışıqlar gedir”, - Ərdoğan qeyd edib./Axar.az/

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az