Ərdoğan Bülənt Arınca qadağa qoydurdu-TV-də

Ərdoğan Bülənt Arınca qadağa qoydurdu-TV-də

Vətəninfo.az Türkiyə mediasına istinadən xəbər verir ki. Türkiyə Respublikası baş nazirinin müavini.dövlət naziri Bülənt Arınca son günlər hakimiyyətə qarşı tənqidi çıxışları səbəbi ilə, həm təmsil olunduğu AKP-da. Eyni zamanda da partiyanın lideri olmuş,hazırda ölkə prezidneti Rəcəb Tayyib Ərdoğan tərəfindən təyziqlər edilməyə başlayıb.


Məlumata görə, Arıncın hökumətə və prezidnetə qarşı sərt açıqlamalarından sonra, prezident sarayından AKP-yə yaxın media qruplarına təlimat göndərilib və Bülənt Arıncla reportajlar edilməməsi göstərişi verilib. 


Məlumata görə, Bülənd Arınc Manisada seçicilərlə görüşü baş tutan ərəfə də hakimiyyət Manisada Fətullah Gülən camaatına məxsus dərnəklərə əməliyyat təşkil edib və axtarışlar həyata keçirib. Bu haqda Arınca məlumat verildikdə isə, o elə seçicilər qarşısında “Mən gəlib burda partiyamıza səs vermələri üçün manisalılıarla görüşürəm. İndi mən necə manisalılara gəlin bizim partiyaya səs verin deyim”-deyib. Onun belə bir açıqlaması isə prezident Rəcəb Tayyib Ərdoğanı bərk əsəbləşdirib. Ərdoğanda AKP-yə yaxın olan media qruplarına ismarıc göndərib ki, Bülənt Arınc TV-i proqramlarına dəvət edilməməli,qəzetlər ondan müsahibələr almamalıdır.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan hakimiyyətdə qalmaq və bir sıra səlahiyyətlər əldə etmək üçün ölkədəki siyasi idarəçilik sisteminin dəyişdirilməsi yönündə təbliğat aparmaqdadır və Türkiyədə prezident üsul idarəsinin tədbiqi ilə bağlı partiyasına təyziqlər etməkdədir. AKP içərisində isə Ərdoğanın belə bir səlahiyyət verilməsi tərəfdarları ilə, buna qarşı çıxanlar hazırda qarşı-qarşıyadırlar. Arınc da məhz prezidnet üsul idarəsinə qarşı çıxanlar sırasındadır.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az