Ərdoğan çevriliş cəhdi olan gecəni "Əl-Cəzirə"yə danışdı
Ərdoğan çevriliş cəhdi olan gecəni "Əl-Cəzirə"yə danışdı - "Çevriliş cəhdi haqda mənə ilk xəbəri o verdi"
Türkiyə prezident Tayyib Ərdoğan Əl-Cəzirə telekanalının canlı yayımında çevriliş cəhdi baş verən gecədən danışıb.
Ərdoğan həmin vaxt Marmarisdə olduğunu və çevriliş cəhdi ilə bağlı ilk xəbəri kürəkənindən aldığını bildirib.
"Dərhal xalqından meydanlara çıxmasını istədim. Türkiyədə 52 faizlə prezidentini və hökumətini seçmiş bir cəmiyyətin, hərbi çevriliş təşəbbüsünü, bu xain cəhdə qarşılıq verdiyini gördük.
Mənə dövlət çevrilişi haqda məlumat verəndə ilk öncə, inanmaq istəmədim. Dövlət çevrilişi cəhdini kürəkənimdən öyrəndim. Kəşfiyyat və fərqli mənbələrdən təsdiq olunduqdan sonra lazımi addımları ataraq oteldən etibarlı bir şəkildə ayrıldıq və Dalamana getdik, İstanbula doğru yola çıxdıq.
Kəşfiyyatda insanı faktoru, texnologiyadan daha önəmlidir məncə. Dövlət çevrilişinə cəhdi zamanı kəşfiyyatın zəif olduğu çox açıqdır. Doğru kəşfiyyat olsaydı bu təşəbbüsün qarşısını daha öncədən almaq olardı.
Təbii ki, keçmişə yönəlik əlimizdə bəzi şübhələr vardı. Amma, əlbəttə, qanunlar sizin qarşınızda bəzən mane olur. Biz bəzi insanların belə bir təşəbbüsdə ols biləcəyini, haralarla əlaqələri olduğunu bilirdik. Məhkəmə içində də kimlərin olduğu bəllidi, sənədlərə də əks olunmuşdu.
Hazırda biz dövlət çevrilişi cəhdinə kimlər iştirak edilibə, onları məhkəmə qarşısına çıxarırıq. Dövlət hazırda tam olaraq görülməsi lazım olanı edir.
Miq.az