Ərdoğan hakimiyyətinə qarşı terror planlayan İŞİD-çi qusarlı çıxdı

Ərdoğan hakimiyyətinə qarşı terror planlayan İŞİD-çi qusarlı çıxdı
NTV telekanalı terrorçunun sürücülük vəsiqəsinin fotosurətini yayıb

Ankarada mayın 21-nə keçən gecə polislə atışmada öldürülən iki İŞİD-çi də Azərbaycan vətəndaşlarıdır.

İstiPress Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, onların kimlikləri hələ açıqlanmayıb. Bununla belə terrorçuları Ankaraya aparan və daha sonra İstanbula qayıdarkən yaxalanan digər İŞİD üzvünün Azərbaycan vətəndaşı Abhüseyn Cəlilov olduğu açıqlanıb. O, Qusar rayonunun Yasab kəndinin sakinidir, 1993-cü ildə anadan olub. NTV telekanalı terrorçunun sürücülük vəsiqəsinin fotosurətini yayıb.

Xatırladaq ki, Ankarada öldürülən terrorçuların hakim AKP-nin ötən bazar günü keçirilən növbədənkənar qurultayına qarşı terror hücumu planlaşdırdıqları açıqlanıb. Ankara valisi Ercan Topaca jurnalistlərə bildirib ki, bu terrorçuların izinə İstanbulda yaxalanan Azərbaycan vətəndaşının ifadəsi əsasında düşmək mümkün olub. Həmin şəxs iki İŞİD üzvünü kirayə avtomobillə Ankaraya aparıb və paytaxtın mərkəzi rayonlarından birində kirayələnmiş mənzilə yerləşdirib. Terrorçuların qaldıqları evdən "Kalaşanikov” avtomatları, çoxsaylı əl qumbaraları, partlayıcılar aşkarlanıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az