Ərdoğan Moskvanı hədələdi: “Akkuyu”nu başqa ölkə tikəcək”

Ərdoğan Moskvanı hədələdi: “Akkuyu”nu başqa ölkə tikəcək”

"Türkiyə Rusiya təbii qazının aparıcı istehlakçısıdır. Türkiyənin itirilməsi Rusiya üçün ciddi itki olacaq. Əgər lazım olarsa, Türkiyə başqa ölkələrdən təbii qazı idxal edə bilər”.

 

Bu sözləri prezident Rəcəb Tayyib Ərdoğan Rusiya qırıcılarının Türkiyə hava məkanını pozmasını şərh edərkən deyib.

 

Türkiyə prezidenti əlavə edib ki, əgər Rusiya Mersində "Akkuyu” Atom Elektrik Stansiyasını tikməsə, onu başqası tikəcək. Ərdoğan xatırladıb ki, Rusiya tərəfi layihə üçün artıq 3 milyard dollar xərcləyib və Moskva bu məsələlərə həssaslıqla yanaşmalıdır.

 

Məlumata görə, Türkiyənin təbii qaza olan tələbatının 60 faizini, neftə olan tələbatının isə 35 faizini Rusiyadan təmin edir.

 

Son illərdə inkişaf edən Rusiya-Türkiyə münasibətləri Rusiyanın Suriyada hava əməliyyatlarına başlamasından, ardınca isə rus qırıcılarının Türkiyə hava məkanını pozmasından sonra gərginləşib.

Publika.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az