Ərdoğan Nazirlər Kabinetinin iclasını çağırıb – Zəngəzurdakı vəziyyət müzakirə ediləcək

Ərdoğan Nazirlər Kabinetinin iclasını çağırıb – Zəngəzurdakı vəziyyət müzakirə ediləcək

Bu gün Türkiyədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.

"TRT Haber”in məlumatına görə, iclasda ölkənin daxili və xarici siyasətinə aid bir sıra məsələlər müzakirə ediləcək. Azərbaycan-Ermənistan sərhədində baş verən ən son hadisələr barədə fikir mübadiləsi aparılacaq.

Həmçinin Liviya, Suriya və Şərqi Aralıq dənizindəki son vəziyyət məruzə olunacaq.

Ərdoğan iclasdan sonra mətbuat konfransı keçirəcək və qəbul edilən qərarları ictimaiyyətə açıqlayacaq.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az