Ərdoğan Suriya ilə bağlı Putinə zəng vurdu

Ərdoğan Suriya ilə bağlı Putinə zəng vurdu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

"Hürriyet”in verdiyi məlumata görə, tərəflər Suriya böhranının həlli məsələsini müzakirə ediblər.

Xəbərdə bildirilir ki, Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə həyata keçirdiyi "Fərat qalxanı” hərəkatı çərçivəsində əl-Bab bölgəsindəki əməliyyat zamanı türk hərbçilərinin hücuma məruz qalması barədə rusiyalı həmkarını məlumatlandırıb.

Məlumata görə, hər iki dövlət başçısı Hələbdəki humanitar böhranın həlli üçün səylərin artırılması barədə razılığa gəlib.

Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az