Ərdoğan və Putin təcili görüşəcək

Ərdoğan və Putin təcili görüşəcək
Türkiyə və Rusiya prezidentləri yenidən bir araya gələcəklər. Modern.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Əl Cəzirə”yə ərəbcə müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan deyib.
Dövlət başçısı Rusiyadan Suriya əməliyyatını bir daha nəzərdən keçirmələrini tələb edəcəyini bildirib:
"Rusiya İŞİD-ə qarşı hərəkətə keçəcəyi barədə məlumat verdiyini bildirsə də, ancaq Əsəd rejiminə qarşı mübarizə aparan müxalif qüvvələrə qarşı əməliyyatlar aparacağını bildirməmişdi. Bu, təəssüf doğurur. Putinlə yenidən görüşərək bu addımlarını yenidən nəzərdən keçirmələrini istəyəcəm”.
Qeyd edək ki, Rusiya sentyabrın 30-dan etibarən Suriyada hava əməliyyatlarına başlayıb. 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az