Ərdoğandan Binəli Yıldırıma zəng: “Təcili evdən çıx. Oranı dərhal tərk elə”

Ərdoğandan Binəli Yıldırıma zəng: “Təcili evdən çıx. Oranı dərhal tərk elə”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çevriliş vaxtı gördüyü tədbirlər barədə məlumatlar yayılmaqda davam edir.
 
Axar.az xəbər verir ki, Ərdoğan İstanbulun Atatürk Hava Limanına endikdən sonra üsyançılara qarşı həyata keçirilən mübarizəni şəxsən idarə edib.
 
Yaxın qorumaları ilə helikopterdəki üsyançılar arasında yaranan qarşıdurmanı izləyən prezident onları soyuqqanlı olmağa çağırıb. Bütün təzyiqlərə baxmayaraq, olduğu yeri tərk etməyən Ərdoğan hava hücumlarının qarşısını almaq üçün Bandırma hava bazasından F-16-ların İstanbula göndərilməsini əmr edib.
 
Daha sonra o, Baş nazir Binəli Yıldırıma zəng edərək "Təcili evdən çıx. Oranı dərhal tərk elə”, - xəbərdarlığı edib.
 
"Milliyyət”in AKP qaynaqlarından əldə etdiyi məlumata görə, Ankaranı bombardman edən helikopterlərin Akınçı bazasından idarə olunduğu aydınlaşandan sonra Ərdoğan bazanın bombardman edilməsi barədə göstəriş verib. O, bu məqsədlə 1-ci Ordu komandanı, ordu generalı Ümid Dündara, "Bu iş sənə əmanət. Yazını yazdırdım”, - deyərək, Baş Qərargah rəisi vəzifəsinin müvəqqəti icrasını ona həvalə edib.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az