Ərdoğandan İstanbuldakı seçki qalmaqalına ilk reaksiya: "Biz bu seçkini qazanacağıq"

Ərdoğandan İstanbuldakı seçki qalmaqalına ilk reaksiya:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 31 martda İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin ləğv edilməsi və yeni seçki qərarına münasibətini açıqlayıb.

Mia.az xəbər verir ki, o, partiyadaşlarının qarşısında çıxış edərkən deyib ki, 31 martdan sonra ləğv edilən etibarsız bülletenlərin sayılması zamanı fərqin azalması onları ciddi şübhələndirib:
"Aradakı fərq yarıbayarı olsaydı, məsələ bu yerə qədər gəlməzdi. İndi 15 min seçicinin hüququnun qəsb edilməsinə necə baxa bilərik?".
Ərdoğan deyib ki, İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə iyunun 23-də keçiriləcək təkrar seçkiyə ciddi hazırlaşacaqlar: "Biz bu seçkini qazanmağa çalışacağıq”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az