Ərdoğanı kim devirmək istəyir? - Türkiyədəki çevrilişi cəhdinə Rusiyadan reaksiya

Ərdoğanı kim devirmək istəyir? - Türkiyədəki çevrilişi cəhdinə Rusiyadan reaksiya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk millətçilərinin lideri Dövlət Baxçalının dövlət çevrilişinə cəhd ehtimalı ilə bağlı bəyanatından sonra Türkiyə xüsusi xidmət orqanlarının rəhbərliyi ilə təcili görüş keçirib. Xatırladım ki, 2016-cı ildə Türkiyədə genişmiqyaslı dövlət çevrilişinə cəhd olub. 

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

"Onlar Prezident Ərdoğanı öldürməyə cəhd ediblər. Türkiyə hakimiyyəti bütün bu müddət ərzində ABŞ-da olan Fətullah Gülləni dövlət çevrilişinə cəhddə ittiham edib. Çevrilişin arxasında duran əsas qüvvə ABŞ-da təlim keçmiş Türkiyə hərbçiləri idi. Bundan sonra ABŞ və AB mediası faktiki olaraq çevriliş cəhdini dəstəklədi. O zaman Rusiya Türkiyə Prezidenti Ərdoğanın həyatını xilas edə biləcək məlumatlar verməklə Ankaranı dəstəklədi”, - o bildirib.
 

Ankara Baş Prokurorluğu hökumətə qarşı mümkün çevrilişi araşdırır.


Bu barədə "Hürriyyət” qəzeti məlumat yayıb.


"İstintaq Cinayət Məcəlləsinin "Türkiyə Respublikası hökumətinə qarşı üsyan” maddəsi ilə aparılır. Bu da dövlətin təhlükəsizliyinə və konstitusiya quruluşuna qarşı cinayət törətmək üçün qanunsuz bir təşkilatın yaradılmasından, habelə "sirrin açıqlanması”, "məhkəmə məmuruna, ekspertinə və ya şahidinə təsir göstərmək cəhdi” və digər maddələrdən bəhs edir”, - məlumatda deyilir.


Qeyd olunur ki, Prezident Rəcəb Tayyib Ərdoğan gecə saatlarında kəşfiyyat və Ədliyyə Nazirliyinin rəhbərləri ilə təcili toplantı keçirib. Buna səbəb Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalının dövlət çevrilişi cəhdi ilə bağlı etdiyi xəbərdarlıq olub. Prezidentin bu gün günortadan sonra hakim partiyanın parlamentdəki iclasında məsələ ilə bağlı çıxış edəcəyi gözlənilir.


Xatırladaq ki, Türkiyədə Ankara Təhlükəsizlik Müdirliyinin bir neçə əməkdaşının işdən çıxarılması böyük səs-küyə səbəb olub. Onlar "Ayxan Bora Kaplan” cinayət təşkilatı ilə əlaqədə



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az