Ərdoğanı öldürməyə cəhd göstərənlər tutuldu

Ərdoğanı öldürməyə cəhd göstərənlər tutuldu
Türkiyədə dövlət çevrilişinə cəhd zamanı Prezident Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd əməliyyatında iştirak etməkdə günahlandırılaraq tutulan hərbçilərin sayı 7-yə çatıb.

Marmaris yolunda aparılan axtarış nəticəsində daha 4 hərbçi tutulub. 

Daha əvvəl isə hüquq-mühafizə orqanlarına Marmaris-Muğla yolunun yaxınlığındakı meşədə 3 hərbçini aşkarlayıb tutmaq müvəffəq olmuşdu.

Qeyd edək ki, Prezidentin olduğu mehmanxanaya hücum etmiş Silahlı Qüvvələrin xüsusi təyinatlı hərbçilərinin sayının 17 olduğu söylənilir. (oxu.az)

Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az