Ərdoğanın dollardan imtina təklifinə Rusiyadan ilk şərh

Ərdoğanın dollardan imtina təklifinə Rusiyadan ilk şərh

Rusiya-Türkiyə arasında yerli valyuta ilə ticarət etmək məsələsi gündəmdə deyil. Lakin bunun həyata keçirilməsi üçün hər hansı maneə də yoxdur.

Axar.az xəbər verir ki, bunu Rusiya hökumətindən anonim mənbə deyib.

Adı açıqlanmayan şəxs qeyd edib ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın "yerli ödəmə” sistemi ilə bağlı etdiyi təklifin dəyərləndirilməsi mümkündür:

"Beynəlxalq ticarət qaydaları bunu qadağan etmir. İqtisadi cəhətdən tam uyğundur. Faktiki olaraq qarşımızda heç bir maneə yoxdur”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kayseridə çıxışı zamanı "yerli ödəmə” sistemi və dollardan imtina ilə bağlı bunları demişdi:

"Rusiya, Çin və İranla müzakirələr apardıq. Milli valyutalarla alış-veriş etməyi təklif etdik. Rusiya ilə rubl, Çinlə yuan, İranla isə rial vasitəsilə ticarət edəcəyik. Bir tələ qurulub. Bu tələdən yayınmalıyıq”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az