Ərdoğanın nazirləri milyonlara sahib olublar

Ərdoğanın nazirləri milyonlara sahib olublar

Vətəninfo.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisimdə yaradılan komisiya tərəfindən haqlarında tədqiqat aparılan sabiq nazirlərdən Ərdoğan Bayraqdar və Egemən Bağışla bağlı maliyəçilərin apardıqları araşdırmaların sonunda bəlli olub ki, hər iki sabiq nazirin mal varlıqlarında ciddi bir artış üzə çıxıb.
Aparılan araşdırma zamanı Ərdoğan Bayraqdar ilə ailəsinə aid inşaat şirkəti 3 ildə 3.3 qat böyüyərək 17.5 milyon liradan 58.2 milyon liralıq aktif sərvətə yüksəliblər. Digər sabiq nazir Egemən Bağış ilə xanımı Beyhan Bağış, 8 daşınmaz əmlak ilə 513 min liraya, 24 min 300 dollara və 192 min liralıq qızıl-mücəvvhərata sahib olublar.
Məlumata görə. eyni zamanda Bağışların şirkət ortağı “A.A”nın hesabında da diqqət çəkən artışlar aşkarlanıb.

Sabiq nazirlərin mal varlıqları və bank hesablarının fəaliyyəti araşdırıldıqdan sonra, məlum olub ki, hər iki sabiq nazirin varidatı aşağıdakı kimidi:

Ərdoğan Bayraqdar nazir olduğu müddətdə özünün və xanımının bank hesabında diqqət çəkən artış olmayıb. Vərasət yolu ilə göndərilənlər xaric ümumilikdə 2 ədəd daşınmaz əmlak satın alıb. 30 aprel 2013-cü ildə öz adına 405 min liraya satın alınan daşınmaz əmlak, Sahib olduğu şirkət tərəfindən ona şirkətə borc olaraq verdiyi, 487 min 547 liranın əvəzində verildiyi, 2011-ci ildə xanımı adına 830 min liraya satın alınan daşınmaz əmlakın 2009-cu iədə 720 min liraya satın alınan daşınmaz əmlakın 13 aprel 2011-ci ildə 825 min liraya satılması ilə ortaya çıxdığı dəqiqləşib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az