Ərdoğanın saray işçisi terrorçu çıxdı

Ərdoğanın saray işçisi terrorçu çıxdı
Adı açıqlanmayan xidmətçi DHKP-C terror təşkilatının üzvü olub 
"Twitter" statusları ilə Türkiyənin gündəmini əvvəlcədən təxmin edən Fuat Avninin daha bir iddiası gerçək olub. Vətəninfo.az məlumat verir ki, Lent.az-ın sozcu.com.tr-yə istinadən xəbərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iqamətgahında (Ağ Saray) DHKP-C terror təşkilatının üzvü olan qadının xadimə  işlədiyi üzə çıxıb. Ankara polisinin keçirdiyi əməliyyatla həbs edilən G.B. adlı həmin qadının 10 ay  prezident sarayında işlədiyi müəyyənləşib.
  Qeyd edək ki, bir neçə gün əvvəl Qızılay adlanan ərazidə keçirilən aksiyaya polis müdaxilə etmişdi. Həmin vaxt saxlanılan 13 nəfərdən biri də məhz yuxarıda haqqında qeyd olunan G.B. adlı qadın olub. Araşdırma nəticəsində üzə çıxıb ki, bu qadın 10 ay ölkə başçısının iqamətgahında çalışıb və bir müddət əvvəl işdən çıxarılıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az