Erməni fəal Azərbaycan prezidentindən vətəndaşlıq istədi

Erməni fəal Azərbaycan prezidentindən vətəndaşlıq istədi

Erməni hüquq müdafiəçisi Vahe Avetyan Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib. Ölkə.Az xəbər verir ki, müraciəti öz Facebook profilində paylaşan Vahe Avetyan İlham Əliyevdən ona Azərbaycan vətəndaşlığı verilməsini xahiş edib.
 
Müraciətdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Qardaş Azərbaycan Respublikasının çox hörmətli prezidenti, rəhbərlik etdiyiniz ölkədə isti qarşılandığıma görə sizə təşəkkür edirəm. Səbr, anlayış və müdriklik nümayiş etdirdiyinizə görə sizə minnətdaram. Mən Azərbaycan xalqı ilə dərin mənəvi bağlarımı saxlayıram. Onun bütün dərdlərinə və ağrılarına şərikəm, uğurlarına isə sevinirəm. Ermənilər üçün müqəddəs sayılan yerin, kilsənin, Bibliyanın və digər dəyərlərin ölkənizdə yaxşı qorunduğuna görə, sizə ürəkdən minnətdaram.
Sizdən xahiş edirəm ki, mənə Azərbaycan Respublikasının mənəvi vətəndaşlığını verəsiniz!
Hörmətlə, Vahe Avetyan

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az