Erməni həkimlərin əməliyyat etdiyi deyilən bu hərbçi AZƏRBAYCAN ZABİTİDİRMİ?.. – FOTO
Əməliyyat masasında fotosu yayılmış bu hərbçinin guya 1992-ci ildəki döyüşlərdən birində əsir götürülmüş və erməni həkimlər tərəfindən əməliyyat edilən Azərbaycan zabiti olduğu bildirilir.
Moderator.az xəbər verir ki, bu məlumat sosial şəbəkələrin erməni seqmentində paylaşılıb.
Dəyərli oxuculardan, xüsusən 1-ci Qarabağ savaşının iştirakçısı olmuş qazi və hərbçilərdən, hərbi jurnalist və operatorlardan fotonu diqqətlə nəzərdən keçirib ermənilərin yaydığı məlumatın dəqiq olub-olmadığını müəyyən etmək üçün yardımçı olmalarını xahiş edirik...
Miq.Az