Erməni mediası apreldə onlara divan tutmuş kəşfiyyatçımızın fotolarını tirajladı - FOTO

Erməni mediası apreldə onlara divan tutmuş kəşfiyyatçımızın fotolarını tirajladı - FOTO
Ermənistan mediası Azərbaycanın xüsusi təyinatlı dəstənin baş leytenantı Ülfət Həsənovun erməni əsgərləri haqda dediyi sözləri dərc edib.

A24.Az xəbər verir ki, "hetaqrqir-lur” saytı Ü.Həsənovun "armenia.az” saytına açıqlamasında erməni əsgərlərin azərbaycanlı əsgərlərin qarşısında qorxaraq qaçdığı haqda dediklərini yayıb.

"Erməni əsgərlər bizim əsgərlərdən qorxurlar və tez-tez qabağımızdan qaçırlar. Onların bizimlə döyüşmək gücü yoxdur. Ordumuzla döyüşmək gücündə olmadıqları üçün əllərində yalnız dinc əhalini narahat etmək gəlir. Ordumuzun qarşısında isə sarsıntı keçirirlər”, – deyə Azərbaycan kəşfiyyatçısı vurğulayıb.

Ü.Həsənov qeyd edib ki, Azərbaycan Ordusu kifayət qədər güclüdür: "Biz düşməni tamamilə məhv etmək və torpaqlarımızı azad etmək gücündəyik. Bizdə ən müasir silahlar, avadanlıq, peşəkar kadr və mənəvi güc var”.
Qeyd edək ki, Ü.Həsənov iki il öncə cəbhədə yaralandığı üçün təqaüdə çıxıb.
 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az