Erməni mediası: Bu ərazidəki erməni əhali köçürüləcək

Erməni mediası: Bu ərazidəki erməni əhali köçürüləcək

Zəngəzur dəhlizi ilə bağlı "Hraparak" qəzeti maraqlı proqnoz irəli sürüb.

Miq.Az xəbər verir ki, qəzet proqnozunu bu cür sıralayıb:

- Tezliklə Sünik (Zəngəzur) ikitərəfli dəmir yolu və magistral yolların inşası üçün nəhəng tikinti sahəsinə çevriləcək;

- Azərbaycan və Türkiyə qoşunları genişmiqyaslı inşaat işlərində iştirak edən minlərlə azərbaycanlı və türk işçinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycanla Naxçıvan arasında "müvəqqəti” olaraq yerləşdiriləcək;

- İnşaat işləri bir il ərzində başa çatacaq, daha sonra "müvəqqəti” gələn qoşunların qalması üçün ərazidə hərbi bazalar quracaqlar;

- Bölgədəki erməni əhali də təhlükəsizlik səbəblərinə görə boşaldılacaq.(axar.az)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az