Erməni nazir Azərbaycan almalarından DANIŞDI

Erməni nazir Azərbaycan almalarından DANIŞDI

 Ermənistanın baş naziri: "Mən Azərbaycan almaları ilə məşğul olmalı deyiləm”

Ermənistanın baş naziri Karen Karapetyan Azərbaycan almaları ilə məşğul olmaq niyyətində deyil.

Virtualaz.org xəbər verir ki, bu məlumatı "Ermənistan xəbərləri” portalı yayıb.

9 May qələbəsi parkında jurnalistlərlə söhbət edən baş nazir bu problemlə bağlı sualı belə cavablandırıb: "Məsələdən xəbərim var, cinayət işi açılılb”. Məsələnin onun diqqət mərkəzində olub-olmamasını dəqiqləşdirmək istəyən jurnalistlərə o deyib: "Cinayət işi hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir. Təsəvvür edirsiniz ki, mən 300 kq alma ilə məşğul olacağam?”

Xatırladaq ki, Ermənistanda qeyri-qanuni olaraq Azərbaycan almalarının idxalı və satışı müəyyən edilib. Hüquq-mühafizə orqanları malın gətirilməsi yollarını araşdırırlar.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az