Erməni ordusunda itki-3 ölü, 2 yaralı Fotolar
Ermənistanda hərbçilərin maşını dərəyə düşdü – 3 ölü, 2 yaralı
Ermənistanda içərisində hərbçilərin olduğu avtomobil qəzaya uğrayıb.
Miq.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Yerevan-Mehri yolunda "Opel” markalı avtomobil idarəetməni itirərək yolun hərəkət hissəsindən kənarına çıxıb və təxminən 250 metr məsafədə dərəyə yuvarlanıb.
Qəza nəticəsində avtomobilin sürücüsü 1981-ci il təvvəllüdlü Karen Karapetyan və sərnişin Vaan Qukasyan hadisə yerindəcə keçinib. Digər sərnişinlər isə xəstəxanaya aparılıblar. Ruslan Arutyunyan xəstəxanaya aparılarkən yolda keçinib, R.Q-nin vəziyyətinin ağır, A.Q-nin vəziyyətinin isə orta ağır olduğu bildirilir.
Qeyd edək ki, avtomobildə olan 5 nəfərin hamısının müqavilə ilə xidmət edən hərbi qulluqçular olduğu deyilir.
Miq.az