Ukraynanın CTB kanalında ermənilərin Qarabağda törətdikləri cinayətlərdən söz açılıb.
A24.az xəbər verir ki, efirdə yayımlanan "Ekstrasenslərin araşdırılması” adlı verilişdə erməni qadın erməni vəhşiliyindən danışıb. Qadın Qarabağda gedən döyüşlər zamanı ermənilərin dinc əhaliyə tutduğu divan, hamilə qadınlara və azyaşlılara olunan işgəncələr haqqında bir çox həqiqətləri söyləyib.
"Mənim qayınatam Qarabağda döyüşüb. Mən gəlin köçəndə 18 yaşım var idi. O, mənə deyirdi ki, azərbaycanlı hamilə qadınları zorlayırdı, qulaqların kəsirdi, doğrayırdı və öldürürdü” – deyə, erməni qadın telekanalın efirində deyib.