Erməni Şabiha qrupu məhv edildi

Erməni Şabiha qrupu məhv edildi
Türkiyədə hazırlanan Azad Suriya Ordusunun (ASO) xüsusi təyinatlıları Prezident Bəşər Əsədin ən güvəndiyi Şabiha qruplaşmasını məhv edib.
Vətəninfo.az-ın məlumatına görə, Axar.az Türkiyənin "Takvim” qəzetinə istinadən xəbər verir ki, xüsusi təyinatlılar son 3 ay ərzində Əsəd qüvvələrinə qarşı 20-dən çox əməliyyat keçirib.
Xüsusi təyinatlılar yalnız Şabiha qruplaşmasını yox, həmçinin Əsədin muzdlu əsgərlərini də məhv edib.
ABŞ mediası xüsusi təyinatlıların sayının 100 nəfər olduğunu yazıb.
Birbaşa özünə bağlı olan qruplaşmanın məhvindən sonra isə Əsəd Rusiya Prezidenti Vladimir Putindən kömək istəyib. Yalnız bundan sonra Putin rus əsgərlərini Tartus və Latakiyaya göndərib.
Qeyd edək ki, Şabiha 1975-ci ildə Hafiz Əsədin qardaşı oğlu Numeyr Əsəd tərəfindən qurulub. Ərəbcə "ruhlar” mənasını verir. Suriyada inqilabın başladığı gündən təşkilat Bəşər Əsədə xidmət edib. Suriya müxalifəti bir neçə il öncə qruplaşmanın tərkibində ermənilərin də olduğunu açıqlayıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az