Ermənilər Azərbaycan ərazilərini kütləvi şəkildə boşaldır-Onlar ölmək istəmirlər

Ermənilər Azərbaycan ərazilərini kütləvi şəkildə boşaldır-Onlar ölmək istəmirlər

Dağlıq Qarabağda yerləşdirilən, amma "biz ölmək istəmirik" deyən ermənilər orada yaşamaq istəmirlər.

Miq.az publika.az-a istinadən bildirir ki, Ermənistanın müxalif saytları ölkədə, həmçinin, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində acınacaqlı vəziyyətin olduğunu yazıb.
 
Erməni jurnalist Avtor Vahram qeyd edir ki, artıq Ermənistanda əhalinin sayı 2 milyondan azdır.
 
"Hər ay on minlərlə insan ölkəni tərk etmək məcburiyyətində qalır. Gedənlərin əksəriyyəti işsizlikdən əziyyət çəkənlərdir. Bütün bunları yazan jurnalistlərə isə Sarkisyan hakimiyyəti "xarici sifarişi yerinə yetirənlər" damğasını vurur. Hətta "Azərbaycanın sifarişidir" deyə absurd iddialarla çıxış edən hökumət nümayəndələri də var", - deyə jurnalist qeyd edib.
Məlumatlara görə, təkcə 2015-ci il ərzində 50 mindən çox insan Ermənistanı tərk edib.
 
Ölkəni tərk edənlərlə yanaşı, Dağlıq Qarabağa yerləşdirilən ermənilərin də İrəvana köç etdiyi deyilir. Onlar ölmək istəmədiklərini bildirirlər.
 
A. Vahram yazır ki, Dağlıq Qarabağda olan ermənilər cəbhə xəttində uçuşan güllələrə tuş gəlməkdən qorxmaqla yanaşı, sosial problemlərdən də əziyyət çəkirlər: "Bu günlərdə Qarabağa baş çəkən həmkarlarımdan biri gördüklərindən dəhşətə gəldiyini deyir. İnsanlar çox pis vəziyyətdə yaşayır, daim ölmək qorxusu və haqsızlıqlarla üzləşirlər. Qarabağda insanlara casus damğası vurmaq çox asandır. Əgər kimsə nəyəsə etiraz edirsə, onu asanlıqla Azərbaycanın agenti elan edib həbs edə bilərlər. Sanki bu ərazilər bilərəkdən boşaldılır. Amma bunun Azərbaycanın xeyrinə olduğunu da dərk etmirlər".
 
Məlumatlara görə, Qarabağa yerləşdirilmiş ermənilər imkan tapan kimi buranı kütləvi şəkildə tərk edir.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az