Erməni diasporunun Parisdə Dağlıq Qarabağa dair təşkil etdiyi tədbirdə qalmaqal baş verib.
Vətəninfo.az ANS PRESS-ə istinadən xəbər verir ki, diaspor üzvü olan tarixçi Mutafyan Dağlıq Qarabağın işğalından danışan qadını təhqir edib.
Ermənilərin toplantısı onların Azərbaycanın əzəli torpaqlarının işğalına haqq qazandırmaq məqsədilə keçiriblər.
Tədbirə Azərbaycan vətəndaşı da qatılıb. O, Parisdə fəaliyyət göstərən və türk əsilli vətəndaşların Fransadakı siyasi həyata qatılmaları yönündə iş aparan "Objectif 21" dərnəyi rəhbərlərindən Tahsin Tek və Julien Yurdakul ile birlikdə gəlib.
Qadın toplantıya qatılanlara Dağlıq Qarabağla bağlı BMT-nin qətnamələrini xatırladıb. Azərbaycanlı qadının verdiyi suallar onların əsəbləşməsinə səbəb olub. Lakin "tarixçi" olan Klaude Mutafyan qadının sualından əsəbləşərək onun üzərinə hücum etmək istəyib.
Tahsin Tekin "Sakit olun. Qarşınızda bir xanım var" sözlərindən sonra o geri çəkilməyə məcbur olub. Lakin təhqirlərinə davam edib.
Həqiqətləri açaraq ermənilərə od qoyan qadının ermənilərin Azərbaycan torpaqlarından çıxmaları barədə dedikləri onlara xoş gəlməyib. Toplantıda mübahisə başlayıb.
Lakin bir neçə dəqiqə sonra ətrafları tamamilə ermənilərlə dolan "Objektif 21" sədrləri və azərbaycanlı qadın təhlükəsizliklə bağlı olaraq binanı tərk ediblər.
Daha sonra Doğan xəbər agentliyinə açıqlama verən Tahsin Tek usanmadan Dağlıq Qarabağla bağlı reallıqları Fransa ictimaiyyətinə çatdırmağa çalışacaqlarını deyib.
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat
"Salamat yeri yox idi, pulqabını meyitin üstünə atmışdı" - Gülüzarın qardaşı
Azər Həsrət: “Cəhalət, xurafat tərəfdarı olanlar nə düşünməyə, nə də sorğulamağa imkan verir”
İqbal Ağazadə: “Qaz, işıq limiti ləğv edilməlidir”
Həbsxanada özünə ad günü edən general - DOSYE