Ermənilər ŞOK-da: Azərbaycan əsgərləri posta girib erməniləri güllələyib

Ermənilər ŞOK-da: Azərbaycan əsgərləri posta girib erməniləri güllələyib

"Dördgünlük müharibə"dən sonra ağır yara alan və panikada olan Ermənistan cəbhəsində vəziyyət bir az da gərginləşib. 

 Son bir neçə gündə Qarabağda iki əsgər itirən düşmən ordusunda çaşqınlıq hökm sürür. Xoren Arutyunyan və Vaqe Enokyan adlı hərbi qulluqçularını Qarabağdakı postlarda başlarından güllə ilə vurulmuş vəziyyətdə tapan ermənilər ordu rəhbərliyinin rəsmi məlumatına inanmaq istəmirlər. Ermənistan Təhqiqat Komitəsi əsgərlərin öz yoldaşları tərəfindən öldürüldüyünü müəyyən etsə də, erməni mətbuatı bunun əksini deyir. Ordumuzun aprel zərbələrindən sonra sarsıdıcı zərbə alan və bədbinləşən erməni cəmiyyəti erməni əsgərlərin Azərbaycan Ordusu tərəfindən məhv edildiyini iddia edir.
 
"Əgər əsgərlər postda snayper gülləsi ilə öldürülsəydilər, ekspertiza bunu həmin gün müəyyənləşdirərdi. Yerdə bir versiya da qalır. Erməni əsgərlər hərbi hissəyə girmiş Azərbaycan Ordusunun əsgərləri tərəfindən öldürülüb. Bu versiya mütləq araşdırılmalıdır", - deyə erməni mətbuatı yazır. Ancaq yaxşı olardı ki, erməni mətbuatı elə öz ölkələrinin Təhqiqat komitəsinin rəsmi məlumatına inanardı. Görünən budur ki, aprel döyüşlərindən sonra ordumuzun qarşısında duruş gətirə bilməyən erməni əsgərləri artıq bir-birlərini qırıb qurtarırlar./Baku.ws/ 

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az