Ermənilərin müharibə cinayətləri TBMM-də müzakirəyə çıxarılır

Ermənilərin müharibə cinayətləri TBMM-də müzakirəyə çıxarılır

Aprelin 26-da Türkiyə Böyük Millət Məclisində "Ermənistanın müharibə cinayətləri” mövzusunda xüsusi proqram olacaq.

Axar.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin İnsan Haqlarının Araşdırılması Komissiyası tərəfindən hazırlanan, Türkiyə parlamentinin rəhbəri Mustafa Şəntopun da iştirakı ilə keçiriləcək proqrama rəsmi şəxslərin, diplomatların, elm adamlarının qatılması nəzərdə tutulub.

Proqrama "İkinci Qarabağ müharibəsi və Ermənistanın müharibə cinayətləri” mövzusunda panel, "Müharibə cinayətləri” şüarı altında fotosərgi daxildir.

Təşkilat Komitəsinin məlumatında bildirilir ki, proqramın təşkili 1915-ci il hadisələri ilə bağlı Türkiyəyə qarşı həyata keçirilən haqsız ittiham və iddialara qarşı ermənilərin Qarabağ müharibəsində törətdiyi savaş cinayətlərinin insan haqq və hüquqlarının pozulması aspektindən siyasi, hüquqi və elmi baxımdan dünyaya çatdırılması yolunda mühüm əhəmiyyətli cavab məqsədi daşıyır.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az