Ermənilərin qorxusu: Savaş 3 cəbhədən açılacaq...
Qarabağda müharibə başlasa, bu, bir yox, bir neçə cəbhədə aparıla bilər. Naxçıvandan Zəngəzura, Qazaxdan Göyçə istiqamətinə cəbhələr açıla bilər.
Axar.az xəbər verir ki, bu sözləri ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Yutubda yayımlanan "Təmas xətti” verilişində deyib.
O bildirib ki, Ermənistan nəinki Qarabağı, heç paytaxtı İrəvanı da qorumaq iqtidarında deyil:
"Bu gün Ermənistanın qarşısında duran ən böyük problem Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun qarşısını almaqdır. Çünki buradan Ermənistan paytaxtına qədər olan məsafə cəmi 80 km-dır. Digər tərəfdən, Naxçıvan qoşunu üçün Mehri-Mincivan dəhlizini açmaq problem deyil. Bu dəhliz bilavasitə Azərbaycanın balansındadır. Bu gün Azərbaycanın Qarabağla birgə bu dəhlizi da ələ keçirməyə haqqı var”.