Ermənipərəstlər aktivləşdi: ABŞ “soyqırımı” tanıyarsa...

Ermənipərəstlər aktivləşdi: ABŞ “soyqırımı” tanıyarsa...

Amerikadakı erməni lobbisinin bir qrup təmsilçisi hesab edir ki, 46-cı Prezident Co Baydenin "erməni soyqırımı”nı tanıması üçün münbit atmosfer formalaşıb.

Miq.Az xəbər verir ki, bu sözləri "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, bu işin arxasında erməni lobbisinin təsiri altında olan Senatın xarici əlaqələr komitəsinin sədri Bob Menendes dayanır:

"O, Baydeni "erməni soyqrımı”nı tanımağa çağırıb. O, Ağ Ev sahibinə yazdığı məktubda Baydeni bu cümlə ilə şantaj edib: "Cənab Bayden, siz 24 aprel 2020-ci ildə verdiyiniz açıqlamada "erməni soyqırımı"nı tanıyacağınızı vəd etmişdiniz”. Yəni demək istəyir ki, verdiyin vədi yerinə yetirin.

Erməni lobbisi hesab edir ki, Menendesin təşəbbüsünə onlarla konqresmen dəstək verəcək. Bu arada, erməni lobbisinin təmsilçilərinin maraqlı təsbitləri diqqət çəkir.

Birincisi, erməni lobbisi hesab edir ki, Ermənistan hakimiyyəti Türkiyə ilə yaxınlaşma siyasətinə baş vurmamalıdır. Çünki bu baş verərsə, Co Bayden "erməni soyqırımı"nı tanımaqdan imtina edə bilər. Baydenin məntiqi belə ola bilər ki, "soyqırım"ın tanınması Türkiyənin Ermənistanla yaxınlaşmasına, diplomatik münasibətlərin qurulmasına və sərhədlərin açılmasına mane ola bilər. Həqiqətən 10 noyabr və 11 yanvar bəyanatları Ermənistanın Azərbaycan və Türkiyə ilə əməkdaşlığa başlamasına imkan yaradır”.

Politoloq qeyd edib ki, Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyan əməkdaşlığın başlamasının əleyhinə deyil, o, bunun Ermənistan iqtisadiyyatını canlandıracağını düşünür. Erməni lobbisini isə Ermənistan iqtisadiyyatının gələcəyi və soydaşlarının ağır sosial durumu maraqlandırmır. Onların əsas dərdi "soyqırım"ın tanınmasına nail olmaqdır:

"Co Baydenin "soyqırımı” tanıması Ermənistanın Türkiyə ilə yaxınlaşmasına mane olacaq. Çünki İrəvan erməni lobbisi ilə üz-üzə qalmamaq üçün Baydenin "soyqırımı” tanımasına dəstək verməli olacaq. Bu isə Ermənistan-Türkiyə münasibətlərinə yaxşı heç nə vəd etmir.

İkincisi, erməni lobbisinin təmsilçiləri keçmişdə Baydenin konqresmen kimi "soyqırımı” dəstəklədiyini bildirsələr də, onun Barak Obamanın dövründə vitse-prezident olduğu dönəmdə mövzuya az maraq göstərdiyini vurğulayırlar. Erməni lobbisinin təmsilçiləri etiraf edirlər ki, Konqresin iki palatası erməniləri və ya Ermənistanı sevdiklərinə görə "erməni soyqrımı"nı tanımayıblar, əsas hədəf Türkiyədir. Yəni konqresmenlər Türkiyənin siyasətindən narazı qaldıqları üçün "soyqırımı” dəstəkləmək vasitəsilə Ankaranı cəzalandırmağı düşünürlər. Bununla Amerikanın Türkiyə əleyhinə siyasətində ermənilərin alət olduğunu etiraf edirlər”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az