Ermənistan hərbi aviasiyası Füzuli istiqamətində uçuşlar keçiribmi...

Ermənistan hərbi aviasiyası Füzuli istiqamətində uçuşlar keçiribmi...

Ötən gün mayın 20-də Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti işğal edilmiş Azərbaycan ərazilərində mayın 14-dən 19-na qədər davam edən hərbi təlimlərin yekunları ilə bağlı məlumat yayıb. Məlumata əsasən Ermənistan silahlı qüvvələrinin və Dağlıq Qarabağ "ordusunun” cənub istiqamətində (Füzuli-Xocavənd) keçirdiyi birgə operativ-taktiki təlimlərdə döyüş aviasiyası da tətbiq olunub.

Təlimlər üç mərhələdə, Dağlıq Qarabağın cənubundakı hərbi poliqonlardan birində o cümlədən taktiki və hərbi aviasiyanın köməyi ilə keçirilib. Təlimlərin mövzusu düşmənin qəfil hücumunun dəf edilməsi, qoşunların ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsi və müdafiə əməliyyatlarının keçirilməsi olub.

Digər detallar, o cümlədən hansı tip aviasiya texnikasının tətbiq edildiyi haqda məlumat verilmir. Əgər bu məlumatda deyildiyi kimi söhbət taktiki və hərbi aviasiyasiyanın tətbiqindən gedirsə o zaman belə təxmin etmək olardı ki, Ermənistan hərbi təyyarələri işğal altındakı ərazilərin dərinliklərində uçuşlar keçirib. Hansı ki, bu açıq-aşkar vəziyyəti gərginləşdirməyə yönəlmiş addımdır və Yerevanın son günlər həm Azərbaycan-Ermənistan dövlət sərhədində, həm təmas xəttinin digər istiqamətlərində təxribat-qızışdırıcı fəaliyyətinin davamıdır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az