Ermənistan naziri separatçı məmurlarla birgə azad(!) Laçının kəndində nə gəzir?.. -FOTO

Ermənistan naziri separatçı məmurlarla birgə azad(!) Laçının kəndində nə gəzir?.. -FOTO

13 dekabr tarixində Xankəndində Rusiya sülhməramlılarının faktiki himayəsi altında tör-töküntüləri fəaliyyət göstərən separatçı-terrorçu erməni xuntasının "əmək, sosial məsələlər və mənzil naziri” adlanan Mane Tandilyan və Ermənistanın əmək və sosial məsələlər naziri Mesrop Arakelyan  Laçın rayonunun  Zabux kəndini  ziyarət ediblər.

Moderator.az xəbər verir ki, işğalçı ölkə saytlarının yaydığı məlumata görə, erməni məmurlar burada sakinlər və "Axavno” adlandırdıqları Azərbaycan kəndinin "icma rəhbəri” ilə görüşüblər. 

"Nazirlər yerində müharibədən sonra cəmiyyətdə yaranan problemlərlə tanış olublar və həll edilməsi lazım olan problemlərin həllinə ən qısa zamanda başlamağa hazır olduqlarını bildiriblər”- məlumatda belə deyilir.

P.S. Bir daha xatırladırıq ki, 10 Noyabr məlum razılaşmasına əsasən Laçın rayonu ermənilər üçün heç bir ərazi istisnası olunmadan Azərbaycan Respublikasının nəzarətinə qaytarılıb. Yeganə istisna Ermənistanla sərhəddən, yəni məhz Zabux kəndindən başlayaraq Gorus-Laçın-Şuşa yolu boyu 5 km-lik enində "dəhliz”ə Rusiya sülhməramlılarının nəzarət etməsidir.  Lakin bu o demək deyil ki, həmin yol boyu, eləcə də Laçın rayon mərkəzində, Zabux, Sus kimi "dəhliz” ərazisindəki kəndlərdə  həm Ermənistanın, həm də Xankəndindəki separatçı xuntanın mənsubları istədiklərini etməli, həmin məntəqələrdə qanunsuz məskunlaşmış   ermənilərin yaşamasına şərait yaratmalıdırlar... Özü də ki, 1988-1990-ci ilədək bütün dövlət arxivləri araşdırılsa, qəti məlum olar ki, Laçın şəhərində bir neçə erməni istisna olmaqla rayonun heç bir kəndində, o cümlədən Zabuxda bir nəfər də olsun, erməni yaşamayıb... Söhbət Xankəndindən, Əsgərandan, Şuşanın, Xocavəndin hansısa ermənilərin öncədən yaşadığı digər məntəqələrdən getsə, dərd yarıdır... Amma qəsbkar Ermənistan naziri separatçı məmurlarla birgə Azərbaycanın dövlət sərhədini pozaraq sərbəst şəkildə ərazimizə daxil olur və  problemlərin müzakirəsini aparır... Məlumdur ki, Rusiya sülhməramlılarının icazəsi olmadan nə Ermənistandan, nə də Xankəndindən bir nəfər də özbaşına Laçın rayonun ərazisinə daxil ola bilməz...
Bu minvalla Rusiya hərbi qüvvələri bir daha Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin pozulmasına şərait yaradır. Niyə? Hansı əsasla? Bu suallara ölkəmizin, eləcə də Rusiyanın müvafiq qurumları cavab verəcəkmi?..  

Miq.Az
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az