Ermənistan ordusunda DƏHŞƏTLİ ÖLÜMLƏR
Ermənistan ordusu bu ilin 1-31 avqust tarixlərində 5 itki verib.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, itkilər həm döyüş, həm də qeyri-döyüş hadisəsi nəticəsində qeydə alınıb.
Döyüş itkiləri
1. Avqustun 14-də atəşkəsi pozan erməni hərbi birləşmələrinin 1988-ci il təvəllüdlü hərbiçisi Arman Samvel oğlu Movsisyan məhv edilib.
2. Avqustun 27-də isə düşmən ordunun 1991-ci il təvəllüdlü müddətdən artıq hərbi qulluqçusu Artak Ağasi oğlu Bişaryan yaralanıb. Bişaryan Xankəndi mərkəzi hospitalında ölüb.
Qeyri-döyüş itkiləri
1. Avqustun 16-da erməni hərbi birləşmələrinin 1985-ci il təvəllüdlü müddətdən artıq hərbi qulluqçusu Vardan Qriqoryan öldürülüb. Hərbi qulluqçu mübahisə etdiyi 37 yaşlı həmkəndlisi tərəfindən qətlə yetirilib.
2. Avqustun 20-də Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrinin birinin ərazisindən 1991-ci il təvəllüdlü Andranik Armen oğlu Mkrtsyanın cəsədi tapılıb.
3. Avqustun 14-də erməni ordusunun 1998-ci il təvəllüdlü əsgəri Abas Mamo oğlu Sloyan asılmış vəziyyətdə tapılıb.
Qeyd edək ki, bu, rəsmi məlumatlar əsasında hazırlanmış statistikadır. Ermənistan Müdafiə Nazirliyi itkilərin yarısından çoxunu gizlədir.
Miq.az