Ermənistan ordusunun əsgəri yaralandı

Ermənistan ordusunun əsgəri yaralandı
Ermənistan ordusunun əsgəri güllə yarası alıb.

APA-nın "news.am” saytına istinadən verdiyi məlumata görə, Noemberyan səhiyyə mərkəzinə gətirilən şəxsin 1987-ci il təvəllüdlü Adibek Mikoyan olduğu müəyyən edilib.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovanisyan bildirib ki, güllə yarası almış A. Mikoyan müddətdən artıq xidmət edən hərbi qulluqçudur. A. Mikoyan artıq Ermənistan Müdafiə Nazirliyinin mərkəzi klinik hospitalına köçürülüb. Onun vəziyyəti stabil kimi qiymətləndirilir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az