Ermənistan parlament üsul-idarəsinə keçdi - Referendum

Ermənistan parlament üsul-idarəsinə keçdi - Referendum

Ermənistan Mərkəzi Seçki Komissiyası referendumla bağlı keçirilən səsvermənin nəticəsinin elektron hesablanmasını yekunlaşdırıb.

VİZUAL.az xəbər verir ki, "News.am”ın verdiyi məlumata görə, nəticəyə əsasən Konstitusiya islahatları layihəsində səsvermədə iştirak edən seçicilərin 63,35 faizi "hə” deyib. Seçicilərdən 32,35 faizi konstitusiya islahatlarının əleyhinə çıxıb.

Xatırladaq ki, ötən gün Ermənistanda keçirilən referendum seçicilərin aktivliyinin nəzərəçarpan dərəcədə az olması ilə seçilib. Səsvermədə ölkə əhalisinin 50,51 faizi iştirak edib.

Qeyd edək ki, Ermənistanda yeni hazırlanan Konstitusiya layihəsinə görə, ölkə parlament üsul-idarəsinə keçir. Prezident isə parlament və yerli özünüidarəetmə orqanlarının seçilmiş nümayəndələri tərəfindən 7 illiyə seçilir. Eyni şəxs ikinci dəfə prezidentliyə namizəd ola bilməz. Parlamentin 5 il müddətinə seçilməsi nəzərdə tutulur. Proporsional sistem əsasında keçiriləcək seçkilərdə ən çox səs toplamış partiya və ya blok ölkənin baş naziri vəzifəsinə namizəd irəli sürmək hüququna malik olacaq.|APA



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az