Ermənistan prezidenti ölkə parlamentini buraxıb

Ermənistan prezidenti ölkə parlamentini buraxıb

Ermənistan prezidenti Armen Sarkisyan cümə axşamı parlamentin buraxılması və qanunverici orqana yeni seçkilərin təyin edilməsi barədə fərman imzalayıb. Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
"Növbədənkənar seçkilər 9 dekabr 2018-ci tarixinə təyin edilsin. Fərman dərc olunduğu gündən qüvvəyə minir”, – deyə mətbuat xidmətinin yaydığı sənədin mətnində bildirilir.
Bundan əvvəl Ermənistan parlamenti yeganə namizəd olan Nikol Paşinyanı yenidən baş nazir postuna seçməyib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az