Ermənistana növbəti xəbərdarlıq: Təxribatların qarşısı alınacaq!

Ermənistana növbəti xəbərdarlıq: Təxribatların qarşısı alınacaq!
Ermənistan təbliğatı törədəcəkləri təxribatlara zəmin yaratmağa çalışır.

Miq.Az  xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfindən yayılan təxribat xarakterli məlumatlarla bağlı açıqlama yayıb. Açıqlamada deyilir: "Cəbhə xəttində vəziyyətin gərginləşməsi ilə bağlı Ermənistan təbliğatı tərəfindən ortaya atılan və bəzi yerli, eləcə də xarici kütləvi informasiya vasitələrinin yaydığı məlumatlar məqsədyönlü xarakter daşıyır.
Bir daha bildiririk ki, Ali Baş Komandanın rəhbərliyi altında Silahlı Qüvvələr vasitəçilərin təşəbbüsü ilə əldə olunan bütün razılaşmalara dəqiq riayət edir və Azərbaycan tərəfi münaqişənin beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq həllinin tərəfdarıdır.

Qarşı tərəfin cəbhə xəttindəki son vəziyyətlə bağlı yaydığı dezinformasiyalar Ermənistandakı daxili hərbi-siyasi gərginlikdən qaynaqlanır və danışıqlar prosesinin pozulmasına, eləcə də törədəcəkləri təxribatlar üçün zəmin yaradılmasına hesablanıb.
Bəyan edirik ki, Silahlı Qüvvələrimizin bölmələri atəşkəs rejiminə ciddi əməl etməklə düşmən tərəfinin istənilən fəaliyyətini nəzarətdə saxlayır və təxribatların qarşısının alınması məqsədilə bütün tədbirləri görməyə tam hazırdır”.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az