Ermənistanda aclıq təhlükəsi – XƏBƏRDARLIQ

Ermənistanda aclıq təhlükəsi – XƏBƏRDARLIQ
Ermənistana aparan yolların mühasirə alınması ölkənin ərzaq təhlükəsizliyini üçün təhdid yarada bilər.

Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Dövlət Gəlirləri üzrə Komitəsinin bəyanatında deyilir.
"Yük maşınlarının gömrük rəsmiləşdirməsi üzrə problemlər narahatlıq yaradır. Bu problemlər ölkənin ərzaq təhlükəsizliyinə ciddi zərbə vura bilər. Gömrük orqanları aksiyaların bütün iştirakçılarını bu həyəcanlı faktı nəzərə almağa çağırır”, - komitə bildirib.
Qeyd edək ki, dünən parlamentdə baş nazir postuna seçkilər keçirilib. "Xalqın namizədi” adlandırılan Nikol Paşinyan baş nazir seçilməsi üçün lazım olan 53 səsi toplaya bilməyib. Bundan sonra Nikol Paşinyan aksiyaçıları respublika üzrə kütləvi tətilə, dəmir yolu və hava limanları da daxil olmaqla, Ermənistanın ümumi nəqliyyat sistemini blok etməyə çağırıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az