Ötən gün Ermənistan paytaxtı İrəvanda Aşura mərasimi keçirilib.
Femida.az "Ponarama.am”-a istinadən xəbər verir ki, paytaxtda Göy məsciddə keçirilən mərasimə İran vətəndaşları qatılıb.
Qeyd edək ki, ötən ilin dekabr ayında Ermənistan hökumətinin bu gün qəbul etdiyi qərara əsasən İrəvanda Azərbaycan tarixinin ayrılmaz hissəsi olan Göy Məscid (1766-cı il) və onun ətrafında olan torpaq sahəsi Ermənistan Respublikasının mülkiyyəti elan olunub və Mədəniyyət Nazirliyinin səlahiyyətinə verilib.