"Ermənistandakı istənilən obyekti darmadağın edərik"
MN rusiyalı hərbi ekspertin Azərbaycana dair fikirlərini əsassız hesab edir.
Azərbaycan Müdafiə Nazirliyi "Voenno-promışlennıy kuryer” saytında dərc edilmiş Siyasi və Hərbi Analiz İnstitunun direktor müavini Aleksandr Xramçixinin Azərbaycana dair məqaləsinə münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, yazını oxuyarkən müəllifin baş verən proseslərdən bixəbər olduğu aydın görünür:
"Məqalədə sadalanan faktlar və rəqəmlər artıq köhnədir. Azərbaycan qısa bir dövrdə arsenalda olan silah və texnikanın ən müasir, yüksək dəqiqliyə və dağıdıcı gücə malik olanları ilə yenilənməsi işini həyata keçirib və bu proses artan templə davam edir. Müəllifin mülahizələri çox vaxt yersizdir, indiki vəziyyəti, regiondakı prosesləri real əks etdirmir".
Qeyd olunub ki, Azərbaycan işğalçı, separatçı cinayətkarlardan ibarət qurumla mübarizə aparmağa yetərincə gücə, qüdrətə malikdir:
"İşğalçı Ermənistan ilə aktiv hərbi əməliyyatlara başlamamasının yeganə səbəbi isə dövlətimizin yürütdüyü sülhsevər siyasət və beynəlxalq qanunlara hörmətlə yanaşmasıdır. Əks təqdirdə Azərbaycan Silahlı Qüvvələrinin istifadəsində olan silah və texnikanın gücü nəinki Dağlıq Qarabağda olan işğalçı erməni birləşmələrini darmadağın etməyə, hətta Ermənistan ərazisindəki istənilən obyekti məhv etməyə yetər".
Xatırladaq ki, Aleksandr Xramçixin yeni yazdığı məqaləsində Azərbaycan ordusunu "təhlil" edib. Məqalədə qeyd olunur ki, Azərbaycan Ermənistanla müharibədə ərazilərinin bir hissəsini itirib. Ona görə də ərazilərini geri qaytarmaq üçün müharibəyə hazırlaşır.
Erməni ordusunun birləşmələri işğal altındakı ərazilərdə möhkəmləndirilmiş mövqelərdə dayandığı üçün hücum edən tərəf əzici hərbi üstünlüyə malik olmalıdır. Ona görə də Azərbaycan Rusiya, Ukrayna, Belarus, İsrail, Türkiyə və CAR-dan kütləvi şəkildə döyüş texnikası alır. Habelə sıfırdan özünün hərbi-sənaye kompleksini qurub və müxtəlif texnikaların yığılmasını həyata keçirir. Daha sonra ekspert Azərbaycan ordusunun canlı qüvvəsi, hərbi hissələrin nömrələri və dislokasiya yerləri, silahlı qüvvələrin sərəncamındakı texnika və silahlar barədə məlumatları sadalayır.
Bəs görəsən, Rusiya analitiklərində Azərbaycan ordusuna "marağ”ın gerçək səbəbi nədir?
"Bir müharibənin ordusu”- "Rus ekspertin hazırladığı bu sənəd reallığı əks etdirmir”
Xramçixinin Ermənistan ordusundan bəhs edən məqaləsi bu ölkədə səs-küyə səbəb olub. Mətbuat rusiyalı eksperti Ermənistan ordusuna dair hərbi sirləri yaymaqda və beləliklə də "müttəfiq ölkəyə zərbə vurmaqda” günahlandırıb.
Xramçixin son məqaləsində yazıb ki, Azərbaycan Ermənistanla müharibədə ərazilərinin bir hissəsini itirib. Ona görə də ərazilərini geri qaytarmaq üçün müharibəyə hazırlaşır. Erməni ordusunun birləşmələri işğal altındakı ərazilərdə möhkəmləndirilmiş mövqelərdə dayandığı üçün hücum edən tərəf əzici hərbi üstünlüyə malik olmalıdır. Ona görə də Azərbaycan Rusiya, Ukrayna, Belarus, İsrail, Türkiyə və CAR-dan kütləvi şəkildə döyüş texnikası alır. Habelə sıfırdan özünün hərbi-sənaye kompleksini qurub və müxtəlif texnikaların yığılmasını həyata keçirir. Daha sonra ekspert Azərbaycan ordusunun canlı qüvvəsi, hərbi hissələrin nömrələri və dislokasiya yerləri, silahlı qüvvələrin sərəncamındakı texnika və silahlar barədə məlumatları sadalayır.
Lakin belə görünür ki, bu dəfə də Xramçixinin sadaladığı məlumatlar mötəbər qaynaqlara əsaslanmır, xeyli hissəsi yanlışdır, yaxud köhnəlmiş məlumatlardır, çox güman ki, ayrı-ayrı vaxtlarda açıq mənbələrdən götürülüb.
Xramçixinə görə, Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll edilməyəcəyi aydındır. Və indiki status-kvo Azərbaycandan başqa hamını qane edir. Ona görə də Azərbaycan öz silahlı qüvvələrini Ermənistan birləşmələrinin müdafiə xəttini yarıb keçməyə yetəcək qədər gücləndirməyə çalışır. Məqalədə daha sonra Türkiyə ilə Rusiya arasında müharibənin başlayacağı təqdirdə Azərbaycanın Qarabağı geri almaq üçün hücuma keçə biləcəyi ehtimalı araşdırılıb.
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov isə bildirib ki, son zamanlar Azərbaycan ordusu ilə bağlı Rusiya təhlilçiləri və hərbi analitiklərin şərhlərinin çoxalması səbəbsiz deyil: "Bununla diqqəti Suriyadakı uğursuzluqlardan yayındırıb bizim regiona yönəltmək istəyirlər. Bundan əvvəl də bir neçə hərbi ekspertin rəyləri dərc olunub. Azərbaycan Silahlı Qüvvələri ilə bağlı çox ziddiyyətli məlumatlar gedir. NATO rəsmisinin Azərbaycan ordusunun qısa müddətdə Qarabağı azad edə biləcəyi barədə açıqlamasından sonra başqa ritorika gündəmə gəlməyə başlayıb. Bu kimi yazılarla guya Azərbaycan ordusunun Türkiyəyə arxalandığı, zəif olduğu iddiaları eşidilir. Ankaradakı son görüş, Azərbaycanın Türkiyə tərəfindən açıq şəkildə dəstəklənməsi bəzi qüvvələrdə qıcıq yaradıb”.
Miq.az