Ermənistandan “İsgəndər” açıqlaması – General çətin duruma düşdü

Ermənistandan “İsgəndər” açıqlaması – General çətin duruma düşdü

Ermənistan silahlı qüvvələri baş qərargah rəisi Artak Davtyan müharibədə Azərbaycana qarşı "İsgəndər M” raketlərindən istifadə məsələsinə münasibət bildirməkdən imtina edib.

Miq.Az xəbər verir ki, jurnalistlər Davtyandan müharibədə "İsgəndər M”-dən istifadə edilib-edilmədiyini soruşub.

"Mən heç bir şey deyə bilmərəm, bu barədə mediaya danışmağı doğru hesab etmirəm”, - qərargah rəisi söyləyib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) Şuşa şəhəri istiqamətində iki ədəd "İskəndər M” raketi aşkar edildiyini açıqlayıb. Ermənistan silahlı qüvvələrinin atdığı raketlərin qalıqları Şuşada iki müxtəlif ərazidə aparılan əməliyyat tədbirləri nəticəsində aşkar edilib.

Xatırladaq ki, "İsgəndər” raketindən istifadə ilə bağlı ilk açıqlamanı Ermənistan Baş naziri Nikol Paşinyan verib. O, müharibədə "İsgəndər” raketlərinin atıldığını, bunun da yalnız 10 faizinin partladığını söyləyib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az